Ölkə futbolu

Sabiq “Neftçi”li ispan klubunda

“Neftçi”dən ayrılan Xuan Alberto Mellinin yeni klubu müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

 

Belə ki, Melli “Reus Deportiu” klubu ilə anlaşıb. O, qarşıdakı mövsümdə Sequnda təmsilçisinin uğurları üçün çalışacaq. “Reus Deportiu” 32 yaşlı futbolçunun təqdimat mərasimini bu gün keçirəcək.

 

İspaniya klubunun baş məşqçisi Natxo Qonzales Mellinin transferini yüksək qiymətləndirib: “Xuan topla oynamağı bacaran və mükəmməl müdafiə olunmaq qabiliyyətinə sahib futbolçudu”.

 

Qeyd edək ki, karyerası ərzində “Betis”, “Tenerife” və “Gent” kimi klubların da formasını geyinmiş Melli Azərbaycanda “Neftçi”dən əvvəl “Simurq”da oynayıb. (Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43