Dünya futbolu

Sabiq “Yuventus”lu İtaliyaya qayıtdı

İtaliya A Seriya təmsilçisi “Verona” heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, komanda uruqvaylı müdafiəçi Martin Kaseresi transfer edib. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kaseres son mövsümü İngiltərənin “Sauthempton” klubunda keçirib. Təcrübəli futbolçu “Barselona”, “Yuventus”, “Defensor”, “Vilyarreal”, “Rekreativo” və “Sevilya”da da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43