İdman

“Kadiz” Eddi İsrafilovla bağlı qərar verdi

İspaniyanın “Kadis” klubunun baş məşqçisi Alvaro Kervera komandasının növbəti mövsümə hazırlığından, keçirilən yoxlama oyunlarından danışıb.

İdmanxeber.com-un məlumatına görə, bu klubun şərəfini qoruyan Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:

“Komandamızın vəziyyətinin normal olması bizi sevindirir. Yaxşı hazırlıq keçirik və düşünürəm ki, çempionatın startına qədər hazır vəziyyətdə olacağıq. Bəzi futbolçuların durumu məni narahat edir. Elə oyunçular var ki, onlar haqda yekun qərar verməmişik. Məsələn, Eddi İsrafilovun komandadakı gələcəyi qeyri-müəyyən idi. Hətta ona görə bir neçə təklif də almışdıq. Lakin onu saxlamağa qərar verdik. O, məşqlərdə hamı kimi işləyir. Eddi bizim üçün önəmli oyunçudu. Fikrimcə, çempionatın gedişinda komandamıza xeyir verə biləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43