Dünyadan

Sabiq “Zirə”li İspaniyada klubunu dəyişdi

Ötən mövsümün sonunda “Zirə”dən ayrılan ispaniyalı Luis Alberto Dies (Tato) özünə yeni klub tapıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu  İspaniya III Liqasında çıxış edən “Oriuela” klubu ilə razılığa gəlib. Məlumata görə, tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 24 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya 3-cü liqasında çıxış edən “Eskobedo” klubu olub.

Qeyd edək ki, Tato ötən mövsüm “Zirə”də 32 oyun keçirib və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43