Kateqoriyasız

Sadıq Sadıqov: “Bunu eşidəndə məni titrətmə tutdu”

“Bizim üçün medal önəmlidi. Qorxurduq ki, idmançılarımızdan hansısa zədələnər. Rüstəmin epizodunu gördünüz, yaxşı ki, tez təslim oldu. Qolunda qırıq da ola bilərdi. Olimpiyadaya ümidlərimizdən biri odu. Ən önəmli olimpiyadadı. 5 ay ərzində əlimizdən gələni etmişik ölkələrin çoxusu ikinci, üçüncü heyəti gətirmişdi. Bizim də belə fikimiz var idi. Çünki biz də Kazandan yorğun gəlmişdik. Yarışdan cəmi 17 gün keçmişdi”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov deyib.

Qurum rəsmisi dünya çempionatının Bakıda keçirilməsi üçün çalışdıqlarını da gizlətməyib:

“İdmançılarımızdan hansısa zədələnəndə onu əvəz edən iddialı biri olmalıdı. Digər dövlətlər bizə heyran qaldı. Həm təşkilatçılıqdan, həm də çıxışdan. Kazandakı Avropa çempionatını kölgədə qoyduq. Əsas nəticədi. İki nəticə oldu, buna da şükür. Əsas məqsəd olimpiyadadı. İdmançılarımızın lisenziya xalına ehtiyacı yoxdu, çünki onu artıq qazanmışıq. Yarışın keyfiyyətli keçirilməsində “Neftçi İdman Klubunun” da payı var. Birinci gün biraz texniki qüsurlar oldu, səsləndirmə ilə bağlı belə şeylər olur. Onu da tez zamanda aradan qaldırdıq. İki gündə hər şey super oldu. Biz göstərişi yerinə yetirdik. Heç bir yarışla da bəhsə girmirik. Öz vəzifəmizi yerinə yetirdik. Bizim çalışmağımızın əsas məqsədi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmaqdı. Avropa oyunlarından sonra Azərbaycanda yarışlar xüsusi keçirilməlidi. Gələcəkdə dünya çempionatını da keçirmək istəyirik. Həm zalın tərtibatı, aeroportda qarşılanma, xadiməçilər, təhlükəsizlik belə hər şeydən razı saldı qonaqları”.

Sadıqov millinin məşqçisi ilə bağlı verilən sualı belə cavablandırıb:

“Bilirsiniz ki, səmimi insanam. Hər bir məqçinin öz proqramı var. 1-2 günə görə heç nə tələb edə bilmərik. 10 minə yaxın yeniyetmə cüdo ilə məşğul olur. Bu futbol deyil, cüdodu. Məni titrətmə tutdu açığı. Yəni cüdoya maraq böyükdü. Biz tam olaraq sıfırdan başlamalıyıq. Ağır yarışlar olur. Zədəli olmasına baxmayaraq iş gedir, yerimizdə saymayacayıq, işləyəcəyik.

İnfrasturktur və s. işlərlə bağlı Federasiyanın öhdəlikləri var. Olimpiyadaya qədər məcburuq bunu həll edək. Yeni plan qurulmalıdı ki, nəisə uğur qazanaq.  Bölgələrdə cüdo yoxdu. Naxçıvan idmançıları deyir biz 10 ildi bilmirik cüdo nədi. Fiziki güclü uşaqlar var, onlarda da infrastruktur yoxdu. Biz ona çalışmalıyıq. Güləşə baxaq…  Bütün regionlarda güləş inkişaf etdi, artıq legioner də yoxdu. Cüdoda da əsas məqsəd budu, bölgələr üzrə yaymaqdır”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43