İdman

ŞAHMAT: Millimiz Ermənistanla qarşılaşacaq

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında növbəti rəqibi məlum olub.

İdmanxeber.az xəbər verir ki, yığma 6-cı turda Ermənistanla üz-üzə gələcək.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə İtaliya ilə qarşılaşacaq.

6-cı turun qarşılaşmaları noyabrın 18-də keçiriləcək.

Kişilərdən ibarət milli 8 xalla 1 – 6-cı yerləri bölüşdürür. Qadınlar isə 4 ölkə ilə birlikdə 7 xalla 4 – 7-ci yerlərdə gedirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43