Kateqoriyasız

Şahruddin ən çox qurtarış edənlər arasında

DÇ-2022-nin seçmə mərhələsində 10-cu turdan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev 8 matçda qapısında 18 top görməklə seçmə mərhələdə ən çox qol buraxan qolkiperlər arasında yer alıb. O, bu göstəricidə 6-cıdır. Həmçinin 27 yaşlı oyunçu ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sıradadır – 44 qurtarış.

Seçmə mərhələdə millimizin ən çox qol vuran futbolçusu Emin Mahmudovdur. 4 dəfə fərqlənən Emin bu göstəricidə 23- 39-cu yerləri bölüşdürür.

Seçmə mərhələdə ən çox qol vuran oyunçular Memfis Depay (Niderland) və Harri Keyndir (İngiltərə) – 12 qol.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43