İdman

Sami Xedira: “Bütün gücümüzlə oynamalıyıq”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, Almaniya millisinin futbolçusu Sami Xedira oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Təcrübəli futbolçu jurnalistlərin sualların cavablandırıb:

– Oyunla bağlı düşüncələriniz nədi?

– Oyun buzim üçün vacibdi. Bütün gücümüzlə oynamalıyıq. Rəqibi ciddi qəbul edirik. Əlimizdən gələn hərşeyi edəcəyik ki, buradan üç xalla qayıdaq.

– Bundan əvvəlki təsnifat mərhələsi ilə hazırki turnirin fərqi nədədi?

– Dünya çempionatından sonra qarşıdan gələn oyunlara tam köklənmək olmur. Ancaq düşünmürəm ki, bizdə belə problem olub. Bir çox vacib oyunçularımız karyerasını başa vurdu. Əksər vaxtlarda tam müqavimət də bəs etmir. Son turnirdə də qarşımıza qoyulan məqsədə nail ola bilmədik. Qarşıdaki turnirə məsuliyyətlə hazırlaşmalıyıq. Ona görə də, təsnifat mərhələsində də tam gücümüzlə oynamalıyıq

– Sağlamlıq baxımından problemləriniz olurdu. Bundan sonra komandada olan rolunuzu necə görürsüz?

– Karyeramın ən yaxşı nöqtəsindəyəm. Həm təcrübə baxımından, həm də sağlamlıq baxımından. Məsuliyyətlə yanaşsam, hər şey yaxşı olacaq. Komandada boş yerə deyiləm. Düşünürəm ki, mənim də rolum var. Burada vacib olmayan oyunçu deyiləm. Çoxtərəfli olmağı öyrənmişəm. “Yuventus”a gəldikdən sonra bunu yaxşı öyrəndim. Bunlar hamısı təsir edib.

– Bakı ilə bağlı təəssüratlarınız necədi?

– Şəhərdə çox şey dəyişib. 8 il qabağa nisbətə şəhər tam dəyilişilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43