Premyer Liqa

Samir Abasov: “Belə oyunların bizə çox xeyri olacaq”

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb

– İstəyirdik, 1 xal qazanaq. Qələbə şansımız yox idi. Əfsuslar olsun ki, bacarmadıq. “Qarabağ”ı çempionluq münasibətiylə təbrik edirəm. Layiq idilər. Təqvim elə gətirdi ki, son iki tura güclü rəqiblərlə düşdük. Bu baxımdan bəxtimiz gətirmədi. Amma builki nəticəmiz o qədər də pis olmadı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Komanda gəncdir və hələ təcrübə qazanır. Belə oyunların bizə çox xeyri olacaq.

– Məhəmməd Qurbanovun əvəzlənməsinin səbəbi nə idi?

– Bu, sırf onun oyununa görə idi. Hücumda və müdafiədə səhvlər edirdi.

– Bu gün xal qazanacağınıza inanırdız, yoxsa “Kəpəz”in xal itirəcəyinə?

– İnanmırdım ki, “Kəpəz” xal itirsin. Çətin oyunlar oynamışıq. Hələ təcrübə yığırıq. Rəqiblərin oyunlarıyla da maraqlanırdıq. Xal götürəcəyimizə inanırdıq. 6-cı yeri qarantiləmişik. Çalışarıq ki, azarkeşlərimizi sevindirək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43