Ölkə futbolu

Samir Abasov: “Komandam meydana yorğun halda çıxdı”

“Zirə” Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Rumıniyanın “Voluntari” komandası ilə matç “Qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra komandanın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir. Hazırlığımız yaxşıdı. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43