Ölkə futbolu

Samir Abasov: “Təəssüf ki, qələbə qazana bilmədik”

Topaz Premyer Liqasının X turuna start verilib

Oyun gününün ikinci görüşündə “Zirə” səfərdə “Neftçi”nin qonağı olub. Oyundan sonra qonaqlarının baş məşqçisi Sammir Abasov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqqında fikirlərini bildirib:

“Bu gün layiqli xal qazandıq. Təəssüf ki, qalib gələ bilmədik. Ancaq bu, bizi məyus etmədi. Lider komnadadan xal aldıq. Çox da qeyri-adi bir şey etmədik. Sadecə bizə vaxt lazımdı ki, istədiyimiz edə bilək. Bizim isə vaxtımız yoxdur. Biz bu gün öz oyunumuzu oynadıq. Bu gün nisbətən yetərli mübarzi apardıq. Çox əziyyət çəkdi oyunçularım, bzi hər oyun bu cür oynayırıq. Ancaq bu gün bunun faydası olaraq 1 xal qazandıq. İki gün öncə məşqdə Kamal zədələnərək meyadan çıxdı. Bu gün isə oyunçumuz zədələnərək meydanı tərk etməyə məccbur olur. Vəziyyətimiz olduqca kafidir. Çox problemlər yaşayırıq. Bizi hər kəs başa düşməlidir”.

-“Neftçi” oyunlara sanki fərqli mübarizə aparırırsınız. Elə bil derbi oyununa çıxırsınız…

-Biz qələbə qazanmaq istəyirik. Bizim üçün fərqi yoxdur. Belə fikirlər sizdən harda yaranır. İlk oyunda Bordinlə aramızda gərginlik oldu. Ancaq bu oyunun gedişatında olan şeylərdir.

-Anar ciddi zədə alaraq meydandan çıxdı. Vəziyyəti nə yerdədir ?

-Onun vəziyyəti hazırda çox da yaxşı deyil. Beyin silkələnməsi kimi adlandırmaq olar. Hazırda dəqiq deyə bilməyəcəm. Ancaq vəziyyəti ciddi kimi görünür.

-Həmişə sizi meydandan kənarlaşdırırlar. Bu gün isə köməkçinizi qovuldu. Səbəb nə idi ?

Mən bu gün çox sakit idim. Onun nə etdiyini isə bilmirəm.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43