Ölkə futbolu

Samir Abasovun yubiley oyunu

Azərbaycan Premyer Liqasının XV turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

İdmanxeber.com PFL-in saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis “Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb. Bu yubiley “Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. “Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.

Qeyd edək ki, Abasovun “Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. “İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43