Müsahibə

“Samtredia”nın baş məşqçisi: “Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik”

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Gürcüstanda “Samtredia” ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadzenin mətbuat konfransı keçirilib.

Oyun haqqında fikir bildirmək istəməyən mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Komandanızın bugünkü oyununu bəyəndinizmi?

– Xeyr. Komandamın bugünkü oyunu məni təmin etmədi.

– “Samtredia” “Qarabağ”a çatmaq üçün neçə il məşq etməlidi?

– Bu məsələnin zamanla əlaqəsi yoxdu.

– Son zamanlar Gürcüstan futbolunun böhran içində olduğu deyilir…

– Gürcüstan futboluna biz diqqət yetirəcəyik. Ümid edirəm ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz.

– Siz hər iki oyunu necə dəyərləndirirsiniz?

– Mən bu gün klubumuzun məğlubiyyətində sevinənləri təbrik edirəm. Bilirəm, Azərbaycanda olduğu kimi, Gürcüstanda da bizim məğlubiyyətimizə sevinənlər var idi. Hər iki oyunda qol vurmadan məbluğ olmaq bizim üçün üzücüdür. Düşünürəm ki, “Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik.

– İkinci hissədə komandanız daha yaxşı oyun nümayiş elətdirdi…

– Düşünürəm ki, bu gün hər iki komanda yaxşı məşq etdi. Bugünükü oyunumuzun yaxşı olmasının səbəbi ilk oyundakı məğlubiyyət idi.

– “Qəbələ”yə də uduzmuşdunuz. Rəhbərlik tərəfindən göndərilsəniz, buna reaksiyanız necə olar?

– Azərbaycanı və jurnalistlərinizi təbrik edirəm. Futbolda hər şey olur. Bu gün qalibiyyət sizinlədirsə, sabah sizi tərk edə bilər.

– Azərbaycan və Gürcüstan futbolu haqqında danışmaq istəmirəm. Sadəcə, bilmək istəyirəm ki, hər “Qarabağ”da  legionerlərin çox olmasına, “Samtredia”da isə az olmasına münasibətiniz necədi?

– Bu, birbaşa klubun maliyyə durumu ilə bağlıdı. Əgər maliyyə yaxşıdırsa, legioner gətirməkdə problem olmaz. Əgər büdcəmiz yaxşı olsaydı, daha yaxşı legionerlər gətirə bilərdik. Hər şey maliyyə ilə bağlıdı. Yaxşı imkanlarımız olsa, daha yaxşı nəticələr əldə edə bilərik. Hələlik bu acınacaqlı vəziyyətimiz davam edir.

– Bugünkü maliyyə vəziyyətilə komandanızı “Qarabağ” səviyyəsinə çatdıra bilərsizmi?

– Əlbəttə ki, maliyyə klubun vəziyyətinə və oyununa təsir edə bilər. Dəfələrlə varlı klub, kasıb klub ayrımını vurğulamaq düzgün olmaz. “Qarabağ” təkcə maliyyə məsələlərinə görə uğur qazanmır. Komandanın yaxşı məşqçisi və çox yaxşı azərbaycanlı oyunçuları var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43