İdman

San Marinonun baş məşqçisi: “Millimizin formasını şərəflə daşımağa çalışırıq”

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – San Marino (5:1) matçından sonra rəqib komandanın baş məşqçisi Pyerancelo Mandzarello mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə, mütəxəssis qarşılaşmanı belə dəyərləndirib: "Vurduğumuz qola çox sevindik. Komandamız cavan futbolçulardan təşkil olunub. Bu səbəbdən vurduğumuz qola sevinməyimiz normaldı. Əlimizdə olan futbolçularla çıxış etmək məcburiyyətindəyik. Əcnəbi futbolçuları milliləşdirə bilmirik. Bu çox çətin məsələdi. San Marino millisinin formasını şərəflə daşımağa çalışırıq. Azərbaycan futbol ölkəsidi. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşməklə bunu sübut edib",

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43