l Divizion

“Səbail”dən iki transfer

Antalyada II dövrə hazırlıqlarını davam etdirən “Səbail” heyətini iki qapıçı ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”dan Emil Balayev və AZAL-dan Rəşad Əzizli mövsümün sonuna qədər icarə əsasında komandanın şərəfini qoruyacaq.

“Neftçi”nin yetirməsi olan 22 yaşlı Emil Balayev indiyədək “Neftçi”, “Sumqayıt”, “Araz Naxçıvan”, Almaniya “Ayntraxt Frankfurt”u və son olaraq “Qarabağ”ın şərəfini qoruyub.

Bir neçə dəfə “A” milli komandaya da dəvət alan Emil U-21 millimizin də formasını geyinib.

23 yaşlı Rəşad Əzizli isə “İnter”, “Neftçi”, “Simurq”, “Rəvan” və son olaraq AZAL-ın uğurları üçün tər töküb. Əzizli U-17, U-19 və U-21 millilərimizin də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Araz Naxçıvan” 5 futbolçu ilə yollarını rəsmən ayırdı

admin

“Zaqatala” və “Şəmkir” səfərdə uduzdu, “Ağsu” doğma meydanda qalib gəldi

admin

MOİK və “Bakılı” cərimələndi

admin