Ölkə futbolu

“Səbail”in yeni legioneri

Topaz Premyer Liqasının debütantı “Səbail” daha bir legioner transfer edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi gürcü müdafiəçi Tamazi Tsetsxladze ilə müqavilə imzalayıb.

21 yaşlı futbolçunun adı Peşəkar Futbol Liqasına  növbəti mövsüm üçün iştirak ərizəsinə də daxil edilib. Tamazi “Səbail”də “18 nömrə”li forma altında çıxış edəcək.

Xatırladaq ki, debütant bundan öncə Qvineya-Bisaudan olan 20 yaşlı müdafiəçi Jarjue Maudonu heyətinə cəlb edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43