Ölkə futbolu

Şehiç Bakıda futbol məktəbi açır

Şehiç Bakını unutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bakıda futbol məktəbi açacaq. O, bu barədə  sosial şəbəkə hesabından paylaşım edib:

“Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımın töhfələriylə azərbaycanlı gənc istedadlıları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Biz həmin istedadlıların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmamasıdır. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq”.

Qeyd edək ki, bosniyalı qapıçı hazırda Türkiyənin “Erzurumspor” klubunda oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43