İdman

Şehiçin Çempionlar Liqasındakı liderliyi davam edir

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ən çox seyv edələr arasında liderliyini qoruyub. Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, Şehiç hələ də 35 seyvlə əlçatmazdı. Ancaq bu dəfə ona şərik tapılıb. Dünən “Barselona” ilə görüşdə komandasını bir neçə dəfə qoldan xilas edən “Roma”nın qolkiperi Alisson Beker Şehiçə çatıb. O, daha çox oyunda meydana çıxdığı üçün ikinci pillədədi.

1/8 finalda mübarizəni dayandıran “Şaxtyor”un “çərçivə” qoruyucusu Andrey Pyatov 34 qurtarışla ilk “3-lüy”ü qapayır. 4-cü “Maribor”un qapıçısı Yasmin Handanoviç (32), 5-ci isə ÇSKA-nın qolkiperi İqor Akinfeyevdi (29).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43