İdman

Şəhriyar Məmmədyarov erməniyə qarşı

Bu gün Berlində keçirilən şahmat üzrə beynəlxalq turnirdə 2-ci turun oyunlarına start veriləcək.

Idmanxeber.com-un məlumatına görə, yarışda iştirak edən Şəhriyar Məmmədyarov da növbəti sınağına çıxacaq. Milli qrossmeysterimiz bu dəfə erməni şahmatçı Levon Aronyanla münasibətlərinə aydınlıq gətirəcək. Şəhriyar oyuna ağ fiqurlarla başlayacaq.

Qeyd edək ki, şahmatçımız ilk görüşdə rusiyalı Andrey Karyakini məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43