Ölkə futbolu

Səlahət Ağayev “İnter”də oynayacaq!

“İnter”də baş verən maliyyə problemləri üzündən bir neçə futbolçu komandadan ayrılmaq istəyirdi. Həmin futbolçulardan biri də Səlahət Ağayev idi. Yayılan məlumatlara görə futbolçu artıq “Neftçi” ilə razılığa da gəlib və müqavilə imzalayacaq. Əsas heyət qapıçısı olan Səlahətin komandadan ayrılması Avropa Liqasında “ağ-göylər”in işini çətinə salacaqdı. Lakin klub rəhbərliyi bu problemin həlli ilə bağlı uğurlu işlər görüb.

Bu barədə idmanxeber.com-a komandanın baş məşqçisi Zaur Svanadze məlumat verib. Onun sözlərinə görə, rəhbərlik “Neftçi” tərəfi və qapıçı ilə razılığa gəlib. Belə ki, təcrübəli qolkiper Avropa Liqasında “İnter”in qapısını qoruyacaq. Bu səbəbdən Ağayev hələ “Neftçi” ilə müqavilə imzalamayıb. 

“İnter”in Avropa Liqasındakı çıxışından sonra qolkiperin “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43