Dünya futbolu

“Selta Viqo”nun baş məşqçisi Emre Moru tənqid edib

“Onu başa sala bilmirəm”

 “Selta Viqo” klubunun baş məşqçisi Antoniyo Mohamed futbolçusu Emre Moru tənqid edib. O, Türkiyə millisinin üzvünü fərdi oynadığına görə bəyənmədiyini söyləyib. A.Mohamed “Emre Mor başa düşmür ki, futbol kollektiv oyundur. Komanda şəklində oynamaq lazımdır. Təəssüf ki, mən bunu ona başa sala bilmirəm. Emre bunu başa düşdüyündə daha faydalı oyunçu olacaqdır” deyə bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43