Dünya futbolu

“Sent Etyen”in futbolçusu: “Anladım ki, “Qarabağ” çox güclü komandadır”

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq olan “Sent Etyen”in futbolçusu Jeremi Kleman   matçdan öncə mətbuat konfransında fikirlərini bildirib:

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu sözləri deyib:

“Əvvəllər “Qarabağ” haqda məlumatım yox idi. Amma matçlarına baxdıqdan sonra anladım ki, çox güclü komandadır. Sabah çox çətin oyun olacaq. Çox şadam ki, “Sent Etyen”dəyəm. Fikrimcə, komandamızda çoxlu təcrübəli oyunçu var. Qələbə üçün əlimizdən gələni etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43