Dünya futbolu

“Sent Etyen”in baş məşqçisi: “Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la  qarşılaşacaq olan  “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltyeları oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi bu sözləri deyib:

“Bu il Fransa Liqasında yaxşı çıxış edirik. Hesab edirəm ki, Avropa Liqasında da yaxşı təcrübə qazanacağıq. Oyuna çox yaxşı hazırlaşmışıq. Komandamızda hər şey yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Biz “Qarabağ”ın bütün avrokubok oyunlarını izləmişik. Deyə bilrəm ki, “Qarabağ” bizdən təcrübəlidir.  Rəqib futbolçularının bir çoxu  milli komandanın üzvləridir. Bundan əlavə heyətində braziliyalı futbolçular da var ki, onların da oyununu qiymətləndirmək lazımdır. Buna baxmayaraq “Qarabağ”dan çəkinmirik. Yenə də etriaf edirəm ki, “Qarabağ” bizdən təcrübəlidir.  Biz də  Avropa Liqasına böyük maraq göstəririk. Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik. Heç kim Avroliqada açıq futbol oynamır. Biz də ehtiyatlı olmalıyıq. Bu ilk matçımızdr. Növbəti matçlarda necə oynamaq lazım olduğunu daha yaxşı biləcəyik”.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43