Kateqoriyasız

Qurban Qurbanov: “Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi”

Avroliqanın qrup mərhələsinin ilk oyununda  “Sent-Etyen” qəbul edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri deyib:

“Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı. Çox istərdim ki, azarkeşlərimiz də sevinsin. Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi. Komandamın hər bir üzvünə və azarkeşlərə minnətdaram. Stadionda bayrağımızın dalğalanması da bizə bir güc idi.

Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım.

Bizim çempionatımız orta səviyyəlidir. Fransa çempionatının komandasına qarşı oynadıqdan sonra bu liqanın potensialını da bildik. Get-gedə daha yaxşı nəticələr göstərməyə çalışacağq. 10 il də oynasaq, təcrübəyə ehtiyacımız var. Hər bir futbolçu və məşqçi yeni-yeni fikirlərini ortaya qoyur.

Mən rəqibi kifayət qədər ciddi sayıram. Müdafiə təkcə müdafiəçilərdən ibarət deyil, həm də müdafiə xəttindəki oyundur. Top itkisi hər oyunda olur. Belə rəqibə qarşı oyunda itkilər normal haldır. Mənim üçün vacib olanı top itkisindən sonra necə görünmək idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43