Milli komanda

Serb məşqçi AFFA-nın təklifini rədd etdi

AFFA-nın U 21 millimizin başına gətirməyi düşündüyü serbiyalı baş məşqçi Milan Obradoviç təklifi geri çevirib.

Bu barədə Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç məlumat verib. Mladen Obradoviçin onun köməkçisi kimi qalcağını bildirib:

“Milan Obrodviç heç yerə getməyəcək. Düzdür, ona təklif gəlmişdi. Ancaq o, bu təklifi geri çevirdi. Obradoviç hazırkı vəzifəsində qalacaq”.

AFFA bir neçə gün öncə Obradoviçin U-21 millimizə əsas namizədlərdən biri olduğunu açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43