Kateqoriyasız

“Şerif”in baş məşqçisi: “Hər şey normal olacaq”

Qoran Sabliç “Qarabağ”la oynayacaqları oyun barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Moldova çempionatının 18-ci turunda qalib gələn “Şerif” komandasının baş məşqçisi Qoran Sabliç matçın ardından jurnalistlərin suallarını cavablandırıb. O, qarşıdakı “Qarabağ”la olan görüş barəsindən də danışıb:

“Bizi Bakıda çox çətin oyun gözləyir. İlk oyunda qazandığımız qələbə bizi pley-off mərhələsi üçün ümidləndirir. Komandamda hər kəs bunun fərqindədir. Məncə, hər şey normal olacaq. Yuri Kemdiş cəzalı olduğuna görə meydanda olmayacaq. Ancaq heyətimdəki oyunçular onu əvəz edə biləcək səviyyədədirlər”.

Qeyd edək ki, ilk oyunda Moldovada “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn “Şerif” avqustun 30-da Bakıda Ağdam təmsilçisi ilə cavab matına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43