Kateqoriyasız

“Şerif”lə oyuna qədər yeni transfer ola bilər” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında I turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər. Maraqlı və mübarizəli oyun oldu.

– “Şerif”lə oyuna qədər yeni transfer gözlənilir?
– Ola bilər. Ancaq alınıb-alınmayacağını dəqiq deyə bilməyəcəm. Əvvəl də qeyd etdiyim kimi, transfer prosesi o qədər də asan deyil. Belə durumda kimisə razı salmaq çətin olur. Bir çox futbolçu ölkəsindən kənara çıxmaqda ehtiyat edir. Hər bir halda, yeni transfer ola bilər.

– “Şerif”lə 3-cü dəfə qarşılaşacaqsız. Bu, sizin üçün bir əhəmiyyət kəsb edirmi?
– Hər iki halda mərhələni keçsək də, bizim üçün asan olmamışdı. Rəqibin oyununa baxmışam. 17 legionerləri var idi, birini də aldılar, səv etmirəmsə. İstəkli komandadı. Ciddi olmalı və intizamlı olmalıyıq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43