Ölkə futbolu

“Şerif”lə oyunun biletləri “Azersun Arena”da

“Qarabağ” Topaz Premyer Liqanın 3-cü turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, matçdan əvvəl Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsinin “Şerif”lə cavab oyununa bilet satışı təşkil olunacaq. Azarkeşlər saat 18:00-dan etibarən “Azərsun Arena”nın kassalarından biletləri ala biləcəklər.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Tiraspolda oynanılan ilk matçda Ağdam klubu 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43