İdman

“Sevilya”nın baş məşqçisi “Neftçi”nin oyunundan danışdı: “…bu oyunlar çətindir”

“Neftçi” – “Uypeşt” oyununu izləmişəm. Hava çox isti idi. Ona görə də matçın tempi yüksək deyildi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Pablo Maçin deyib.

Avroliqanın 2-ci təsnifat mərhələsində potensial rəqibləri olan “Neftçi” və “Uypeşt”in ilk oyunu haqda danışan çalışdırıcı istənilən rəqiblə oyunun çətin keçəcəyini bildirib:

“İndi bilməliyik ki, səfərimiz hansı ölkəyə olacaq – Macarıstana, yoxsa Azərbaycana. Hər halda bütün oyunlar çətindir. Bizim üçün vacib olan odur ki, bu mərhələni keçək”.

Xatırladaq ki, Avroliqanın ilk təsnifat mərhələsində Bakıda keçirilən “Neftçi” – “Uypeşt” matçı təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43