Dünya futbolu

Şimali İrlandiya millisində daha bir itki

DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olacaq Şimali İrlandiya yığması daha bir itki ilə üzləşib.

Komandanın müdafiəçisi Kreyq Katkart zədələnib.

Komandanın baş məşqçisi Maykl O`Nil yerli mətbuata açıqlamasında Katkartın  yığmamızla oyunda iştirak edə bilməyəcəyini deyib. Dizindən zədə alan “Uotford”un futbolçusu Yeni Zellandiya ilə dünən keçirilən yoldaşlıq oyununu da buraxıb.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da Tofiq Bəhramov adına Respublika satdionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43