Ölkə futbolu

“Simurq” rəsmən dağılır: “Qarabağ”, “Xəzər Lənkəran” və “Qəbələ” hərəkətə keçdi

“Simurq” rəsmən dağılır.

Bu barədə idmanxeber.com-a klubdan məlumat verilib. Maliyyə problemlərinə səbəbindən çətinliklə üzləşən Zaqatala klubu mövsümü əvəzedici heyətlə başa vura bilər. Klub rəhbərliyi komandanın üzvlərinə 3 aydan artıqdır ki, maaş verə bilmir. Artıq futbolçulara “kim istəsə gedə bilər, pul olmayacaq” – deyə bildirilib. 

Bu gün “İnter”lə qarşılaşacaq əyalət təmsilçisi əsas heyətlə çox güman ki, son matçına çıxır. Bundna sonra legionerlərin “Simurq”u tərk etməsi gözlənilir. 

“Simurq”un hazırkı durumu isə digər iddialıları ayağa qaldırıb. Xüsusən də “Qarabağ”, “Xəzər Lənkəran” və “Qəbələ” kimi klublar “Simurq”un bu vəziyyətindən maksimum yararlanaraq, ordan ayrılacaq futbolçuları “oğurlamaq” niyyətindədilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43