Ölkə futbolu

“Simurq”un baş məşqçisi: “Şanslarımızdan istifadə edə bilmədik”

“Simurq” Zaqatala olimpiya kompleksinin stadionunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi Georgi Çixradze oyundan sonra bu fikirləri söyləyib:

“Oyuna çox yaxşı başladıq. İlk qolu biz vurduq. Amma sonluq istədiyimiz kimi olmadı. Biz öz meydançamızda uduzmaq istəmirdik. Şanslarımızdan istifadə edə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43