Kateqoriyasız

“Simurq”un prezidenti həbs olundu: Klubdan rəsmi məlumat

Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.

İdmanxeber.com “Qafqazinfo”ya istinadən xəbvər verir ki, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdi.

Həmin banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də saxlanılıb. Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs “Bandotdel”ə aparılıb.

Qeyd edək ki, “Simurq”un da sahibi olan Cahangir Hacıyev bir müddət öncə Azərbaycan Beynəlxalq Bankındakı idarə heyətinin sədri vəzifəsindən gedib. Bu hadisədən sonra Zaqatala klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

*** *** *** 

Klubun mətbuat xidmətindən məsələyə ayınlıq gəlib. Klubdan verilən məlumata görə, Bəkirov həbs olunmayıb, istintaqa çağırılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43