Kateqoriyasız

ŞOK! UEFA-dan Bakı “İnter”inə qarşı ilk sərt addım

UEFA Bakının “İnter” klubuna qarşı iş açıb.

İdmanxeber.com-un məlumatına görə, qurumun klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Bunlar Portuqaliyanın “Braqa”, Rumıniyanın “Astra”, “Botoşani”, “Tırqı Mureş”, Ukraynanın “Dnepr” və Bakının “İnter” klubudu. 

Qurumun belə addım atmasına səbəb yuxarıda adı çəkilən komandaların 30 iyun – 30 sentyabr aralığında vacib sahələrdə ödənişlərlə bağlı tələblərin pozmasıdı. 

Məsələylə bağlı son qərarı bu ilin sonunadək Arbitraj Palatası verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43