Kateqoriyasız

SON DƏQİQƏ: “Bakcell Arena”da bədbəxt hadisə

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Bakcell Arena"da keçirilən "Qəbələ" – "Apollon" görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb.

İdmanxeber.com-un məlumatna görə, Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını dalğalandırmaq istəyən "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib. Müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb. Ağır xəsarət alan azarkeşə həkimlər tərəfindən yardım göstərilir. Hal-hazırda durumu ağır olan zərərçəkən hələ də özünə gəlməyib.

Qeyd edək ki, 1:0 hesabı ilə qələbə qazanan "Qəbələ" komandası “pley-off”a vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43