Kateqoriyasız

SON DƏQİQƏ: Məhkəmə Cavidi bağışlamadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçunun şikayəti qəbul olunmayıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov, həmçinin futbolçunun anası da iştirak edib. Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin həbs-qətimkan qərarını qüvvədə saxlayıb. C.Hüseynov yenidən İstintaq Təcridxanasına aparılıb.

Cavidin ən azındna ev dustağı kimi qalmasını istəyən vəkilinin bu şikayəti də nəticəsiz qalıb. Bununlada cinayət işinin üstü açılana qədər futbolçu təcridxanada qalacaq. 

 

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43