Kateqoriyasız

Sonuncu ümid (YAZI)

Ötən gecə “Qarabağ”ın İngiltərə nəhəngi “Tottenhem”i Bakıdan xalsız yola sala biləcəyinə inananlar az deyildi. Qrupdakı vəziyyəti xeyrimizə dəyişmək üçün mütləq qələbə lazım idi. Təmsilçimizdən sərfəli nəticə gözləmək üçün kifayət qədər səbəblər də var idi. Belə ki, görüşün doğma divarlar arasında olması, həmçinin olduqca güclü olan rəqibin əsas heyyətdən 7 oyunçusunu Bakıya gətirməməsi və s. vacib səbəblərdən idi. Ancaq bacarmadıq. Səviyyə fərqi hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Buna rəğmən əzilmədik.

İngiltərənin hazırda formada olan komandalarından biri oyunu istənilən şəkildə idarə edir, lazım olduqda tempi yüksəldib, lazım olduqda aşağı salırdı. Ümumiyyətlə görüş tamamilə rəqibin nəzarəti altında keçirdi. Əslində adət edilən oyunlarından uzaq idilər. Cinahlardan təhlükəli asmalar demək olar ki, yox dərəcəsində idi. Əvəzində cərimə meydanımızın mərkəzindən qısa ötürmələrlə təhlükə yaradırdılar. Bəlkə də belə daha gözlənilməz olduğunu düşünərək hiyləgər bir sistemlə hazırlaşmışdılar. Ancaq demək olar ki, müdafiəmiz bunu qarşı yaxşı müqavimət göstərdi. Oyunboyu onları qapımızdna uzaq tuta bildik... Yalnız uzaqdan zərbələrdə xoşbəxtlik axtaran ingilislərin bu həmlələri də bir yer qədər oldu…

Təxminən 13-14 künc zərbəsindən istifade edib, bunun bir çoxunu yerlə oynayaraq fərqli üsulla yoxlayırdılar. Ancaq alınmadığının fərqinə vardılar. Və köhnə hamam, köhnə tas. İstədikləri qolu məhz bacardıqları tərzdə vurdular. Onların ən təhlükəli, bizim isə, illərdir ən yaralı yerimiz olan hava topundan. Və sonda öz istəklərinə bu yolla çatdılar.

Əvəzində “Qarabağ” nə edirdi? Görüşün ilk dəqiqələrində Tağıyevin aktiv oyunu onlara müəyyən təhlükə yarada biləcəyini işarə etdi. Ancaq təəssüf ki, bu sonadək davam etmədi. Daha çox geridə gözləyən və hər zamanki kimi səbrllə oynamaq istəyirdik. Lakin demək olar ki, oyunboyu az hallarda səhv edən rəqib bizə heç cür topu vermədi. Müəyyən zaman çərçivəsində rəqib qapısında təhlükəli hücumlar qurmaq olardı, necə ki, bir neçə bu tip epizodlar oldu. Amma bunun üçün daha sürətli və cəld oynamaq lazım idi. O zaman daha çox şanslarımız olar və bunların hər hansısa birindən yararlana bilərdik.

“Qarabağ” əks hücumlarda rəqibi yaxalamaq istəyi isə mümkünsüzə çevrilirdi. Hər halda “Tottenhem” tərəfi də bizim bu cür hücumlar abel bağladığımızı yaxşı anlayır, buna uyğun davranıdrdı. Yalnız Kintananın bir epizodu xaric elə yüz faizlik imkanımız da olmadı.

Xüsusən Almeyda… Reynaldonun yoxluğu Riçardın da oyununa təsirsiz ötüşmür. O, yoxdu, bu da yarımcan.

Ümid sonda ölür. Yenə ümidimiz son matça qaldı. Özümü Belçikada 3 xal üçün döyüşüb, “Tottenhem”in “Monako”ya uduzmaması üçün dua edəcəyik. İnanaq!

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43