Kateqoriyasız

“Spartak”ın üzvündən ağır xəstəliyə düçar olan millimizin futbolçusuna maddi dəstək

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının gürcü əsilli üzvü Nino Qurqenidzenin bir müddət öncə ağır xəstəliyə düçar olması ilə bağlı məlumat vermişik.

İdmanxeber.az-ın məlumatına görə, Moskva “Spartak”ın yarımmüdafiəçisi, hazırda icarə əsasında “Krılya Sovetov”da çıxış edən Cano Ananidze həmyerlisinin müalicə xərclərini öz üzərinə götürüb. Həmyerliləri sosial şəbəkədə 24 yaşlı futbolçuya təşəkkür ediblər.

Qeyd edək ki, Qurqenidze 2016-cı ildən aşağı yaş qrupları üzrə yığmalarımıza dəvət alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43