Ölkə futbolu

“Sportinq”in yarımmüdafiəçisi rəsmən “Qarabağ”da

“Qarabağ” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu “Sportinq”in yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qatıb. Bu barədə “Qarabağ”ın rəsmi feysbuk səhifəsi məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Bolqarıstan millisinin üzvü 2014-cü ildə “Litex”də “Sportinq”ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin “Bolton”, Kiprin “Apollon” və Polşanın “Lexiya” klublarında icarə əsasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43