İdman

“Sportlife” qayıtdı

Ay yarım öncə maliyyə çətinliklərinə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan edən “sportlife.az” saytı bu gündən işə başlayıb.

Məsələ ilə bağlı saytın baş redaktoru Mirələm Həsənli açıqlama yayıb:

“Bu gündən “Sportlife.az” yenidən fəaliyyətə başlayır. Müəyyən fasilədən sonra yenidən fəaliyyətimizi davam etdirməyi qərara aldıq, hələlik kiçik imkanlar çərçivəsində. Necə deyərlər, yenə də “öz şotumuza”… Yeganə qazancımız siz oxucularımızın olmasıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43