Kateqoriyasız

“Sumqayıt” antirekordu təkrarladı

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlanıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 5-ci dəfə meydanı xalsız tərk edən “Sumqayıt” çempionatın uzun məğlubiyyət seriyasına imza atıb.

Bunadək “Araz Naxçıvan” da ardıcıl 5 məğlubiyyət alıb. Bir matçı təxirə salınan sonuncular 5 dəfə uduzub. 6-10-cu turlarda xal qazanmayan “Sumqayıt” bu müddətdə 4 top vurub, 10-nu buraxıb.

Qeyd edək ki, “Gənclik şəhəri” təmsilçisi ardıcıllıqla AZAL (0:1), “Simurq” (2:3), “Neftçi” (0:1), “Qəbələ” (1:3) və “Xəzər Lənkəran” a (1:2) məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43