Kateqoriyasız

“Sumqayıt” “Dinamo” ilə qarşılaşacaq

Premyer Liqamızın 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir.

İdmanxeber.com-un klubun saytına isitnadən yaydığı xəbərə görə,  Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün yoxlama oyununda  Batumi “Dinamo”su ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, “Sumqayıt” ilk hazırlıq oyununda “Perspolis”ə 2:3 hesabı ilə məğlub olub, ikinci qarşılaşmada isə Özbəkistanın “Bunyodkor”una 1:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43