Ölkə futbolu

“Xəzər Lənkəran” üçün öncə “Rad”, sonra “Arsenal” + canlı yayım

Sloveniyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” bugün Serbiyanın “Rad” klubu ilə qüvvəsini sınayacaq.

İmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Belqrad komandası ilə baş tutacaq oyun klub TV-si vasitəsi ilə canlı yayımlanacaq.

Bundan əlavə, Cənub komandası iyulun 27-də Rusiyanın “Arsenal” klubu ilə yoxlama görüşü keçirəcək. Sözügedən matç da canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43