Kateqoriyasız

Sadıq Sadıqov: “Belə komandaya uduzmaq olmazdı”

“Neftçi” klubu Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başladı. Bu komanda Sloveniya klubuna Bakıda 1:2 hesabıyla uduzdu. 

İdmanxeber.com stadium.az-a istinadən xəbər verir ki, klubun prezidenti Sadıq Sadıqov bildirdi ki, məğlub olmalarına baxmayaraq turu keçmələri üçün ümidlərini üzməyiblər: “Bəli, biz məğlub olduq. Meydanda “Koper”in də, “Neftçi”nin də oynadığı futbolu hamı gördü. İki dəfə hücuma keçdilər, ikisidə qol oldu. Belə komandaya uduzmaq olmazdı. Vurduqları qolları da hamı gördü. Əgər “Koper” Bakıda “Neftçi”yə iki qol vurubsa, biz niyə səfərdə onlara iki qol vurmayaq?! Mən komandama inanıram. İnanıram ki, səfərdə inamlı qələbə qazanıb turu keçəcəyik. Bunun üçün “Neftçi”nin gücü var. Sadəcə oyunun alınmasından da çox şey aslı olacaq. Bir azda bəxt bizim tərəfimizdə olsa, yəni Bakıdakı oyunda olduğu kimi qollar buraxmasaq, yaratdığımız şanslardan istifadə edə bilsək, turu keçəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43