Ölkə futbolu

“Səbail” uddu, “Qarabağ”dan darmadağın – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

“Səbail” səfərdə “Sumqayıt”ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 1:2 hesablı qələbəsi ilə sona çatıb.

Günün ikinci matçında isə “Qarabağ” “Keşlə”ni qəbul edib. Ağdam təmsilçisi Simeon Slavçev, Riçard Almeyda və Abdullah Zubirin qolları ilə qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb. “Köhlən atlar” bu qələbədən sonra ikinci pillədəki “Neftçi”ylə xal fərqini 5-ə çıxardıb.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

18 aprel (cümə axşamı)

16:45.“Sumqayıt” – “Səbail” 1:2 

Qol: Peyman Babayi, 13, Ağabala Ramazanov, 51, Oke Akpoteva, 71

Qırmızı: Tome, Kitanovski, 58
Hakimlər:
 Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
“Kapital Bank Arena”

19:00.“Qarabağ” – “Keşlə” 3:0 

Qol: Simeon Slavçev, 19, R.Almeyda, 59, (p), Abdullah Zubir, 75
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43