Ölkə futbolu

Təmkin Xəlilzadə “Sabah”dan qovuldu

Millimizin üzvü Təmkin Xəlilzadə mövsümün sonuna qədər “Sabah”ın heyətindən kənarlaşdırılıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.

Futbolçu yığmanın da şərəfini qoruduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43