Ölkə futbolu

“Sumqayıt”da yeni müqavilə

“Sumqayıt”  2017/2018 mövsümü üçün heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un məlumaıtna görə, komanda sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb. 23 yaşlı futbolçu azad agent qismində komanda ilə 1 illik müqavilə imzalayıb. Azər “Sumqayıt” da yenə 19 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43