İdman

“Sumqayıt”dan növbəti transfer

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib. 

İdmanxeber.com-un məlumatına görə, son mövsümü “Sabah”ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla 1 illik müqavilə imzalayıb.

Maqomedov yeni komandasında 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), “Səbail” və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43