Dünyadan

Super Liqa klubunda yeni baş məşqçi

İsmayıl Qartalla yolları ayıran Türkiyənin “Qaziantepspor” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Super Liqa təmsilçisi Marius Şumidiçaya tapşırılıb. Bu barədə məlumarı rumıniyalı mütəxəssisin özü verib. O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Astra” – “Roma” matçından sonra Rumıniya klubundan ayrıldığını və “Qaziantepspor”la müqavilə imzalayacağını bildirib.

Rumıniya mətbuatının yaydığı məlumata görə, “Astra”da 1 ay üçün 8 min avro maaş alan Şumidiça, Türkiyə klubu ilə aylıq 40 min avroya razılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43