İdman

Premyer Liqada noyabrın ən yaxşıları müəyyənləşdi

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşılarının adı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, hər 3 nominasiyada qalib “Çelsi”nin üzvləri olub.

Belə ki, noyabr ayının ən yaxşı baş məşqçisi London klubunun italiyalı çalışdırıcısı Antonio Konte seçilib.

Ayın ən yaxşı oyunçusu isə “zadəganlar”ın ispaniyalı hücumçusu Dieqo Kosta olub.

Ayın ən yaxşı qolu “Çelsi”nın ispan futbolçusu Pedro Rodirgezin “Tottenhem”ə vurduğu qol olub.

Qeyd edək ki, hazırda turnir cədvəlində lider olan paytaxt klubu ötən ay keçirdiyi 3 oyunun hamısında qalib gəlib və 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43